Mükəmməl kod dünyasını birlikdə yaradaq
Ölkənin IT üzrə aparıcı mütəxəssis və ekspertlərini “PAŞA Bank” komandasına qoşulmağa çağırırıq.

Proqramlaşdırma sahəsində karyeranızı daha yüksək zirvələrə çatdırmaq, təcrübənizə əsaslanaraq yeniliklərə imza atmaq və ən əsası arzuladığınız iş mühitində çalışmaq istəyirsiniz?


“Back-end” üzrə baş mütəxəssis, “Front-end” üzrə baş mütəxəssis, QA (Quality Assurance) üzrə baş mütəxəssis və Tech Lead vakansiyaları üzrə müraciət edərək “PAŞA Bank” komandasına qoşulmaq imkanından yararlanın.

Niyə “PAŞA Bank”?
Karyeranızın hər bir mərhələsində sizə dəstək olacaq və yeni zirvələrə doğru birlikdə addımlayacağınız komandadan əlavə sizə bir sıra üstünlüklər təklif edirik. Bu üstünlüklərin sizin motivasiyanızı yüksək tutacağına və yeni hədəflərə doğru gedən yolda sizi daim ilhamlandıracağına əminik.
Hibrid iş rejimi
Sərbəst geyim üslubu
İllik təlim planı
Tibbi sığorta
İllik mükafatlar
İdman güzəştləri
Rəqabətli əmək haqqı
Əməkdaşlar üçün endirim platforması
Sosial güzəştlər
Daxili mədəniyyətimiz
  • Müasir sistem dizayn elementləri
    Biz mikroservislər, “Event driven architecture”, “NoSQL” bazaları və ən son bulud infrastrukturları kimi müasir memarlıq paradiqmalarından istifadə edərək güclü və daim genişlənən həllər yaradırıq.
  • İnnovasiya və yeni texnologiyalar
    Biz bütün həllərimizdə innovativ texnologiyaları araşdırmağa və tətbiq etməyə daim üstünlük veririk.
  • Kodların nəzərdən keçirilməsi (Code Review)
    Kod üzrə rəylər bizim prosesimi möhkəmləndirir. Bu praktika kodun yüksək keyfiyyətini qorumağa kömək edir və komanda üzvləri arasında bilik paylaşımını təşviq edir.
  • Vahid testlər (Unit Testing)
    Ətraflı vahid yoxlama standartının tətbiq olunması başlanğıcda ən çox yaranan problemləri həll edir və kod keyfiyyətinin davamlılığını təmin edir.
  • Keyfiyyət təminatı (Quality Assurance)
    Keyfiyyət təminatı komandamız hər bir tətbiqin funksionallığından istifadəçi təcrübəsinə qədər bütün aspektlərinyüksək keyfiyyət standartlarına cavab verdiyindən əmin olur.
  • Mentorluq və liderlik
    Biz mentorluq və liderlik mədəniyyəti kimi bir mədəniyyət qururuq, təcrübəli komanda üzvləri tərəfindən yeni gələn mühəndislərin potensialını kəşf etməyə və gücləndirməyə kömək edirik.
  • Meetup mədəniyyəti
    Bankdaxili və bankxarici təşkil olunan öyrənmə və bilik mübadiləsi tədbirlərini təşkil edirik ki, ölkədə texnologiya və ona yanaşmanın inkişafına nail ola bilək.
  • DevOps mədəniyyəti və kod infrastrukturu
    “DevOps” alətlərini və kod ilə infrastruktur yaratma yanaşmasını tətbiq edərək, avtomatlaşma və yerləşdirmə proseslərini sadələşdiririk, daha effektiv və etibarlı xidmətlər əldə edirik.
  • Feedback mədəniyyəti
    Biz açıq və müsbət “feedback”i qiymətləndiririk, onu proseslərimizi daimi şəkildə təkmilləşdirmək və müştəriyə daha çox dəyər təqdim etmək üçün istifadə edirik.
  • No blaming mədəniyyəti
    Biz kimisə günahlandırmadan azad bir mühitə inanırıq, səhv etməyi öyrənmə imkanları kimi görür və əməkdaşları təşəbbüskar olmalarına təşviq edirik.
  • Fail-Fast mədəniyyəti
    Biz istənilən təcrübəni sınamağa və ideyaların tez-tez təsdiqlənməsinə təşəbbüs edirik. Bir şey işləmirsə, daha yaxşı bir həll tapmaq üçün sürətli dəyişikliklərin tərəfdarıyıq.
  • Agile metodologiyası və Scrum
    “Agile” prinsipləri və “Scrum” yanaşması bizim layihə idarəçiliyinə rəhbərlik edir, bu da dəyişən tələblərə daha tez uyğunlaşmağa və əlavə dəyər yaratmağa imkan verir.
Hansı alətlərdən istifadə etmək imkanınız olacaq?
Fərqi bizimlə yaradın!
Ölkənin IT üzrə aparıcı mütəxəssis və ekspertlərini “PAŞA Bank” komandasına qoşulmağa çağırırıq.